Azərbaycan millisinin üzvü oynamadı, komandası xal itirdi

Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Gillingem”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Piterboro Yunayted” 27 turdan sonra 37 xalla 23 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button