Azərbaycan millisinin üzvü oynadı, komandası evdə xal itirdi

Futbol üzrə Avstriya 2-ci liqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Amstetten”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Barış da bu görüşün iştirakçısı olub. O, 82-ci dəqiqədə meydana buraxılıb. Komandası bərabərlik qolunu da məhz Ekincierin meydana çıxmasından sonra, 90+1-ci dəqiqədə vurub.

“Austria” hazırda 29 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button