Azərbaycan millisinin üzvü kubokun finalında penaltini qaçırdı

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün çıxış etdiyi Finlandiyanın HJK komandası bu gün ölkə kubokunda növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Helsinki təmsilçisi turnirin finalında “İnter Turku” ilə qarşılaşıb.

Əsas vaxtı 4:4 hesabıyla başa çatmış görüşün qalibi penaltilər seriyasında müəyyənləşib. HJK 7:8 uduzaraq kuboku əldən verib.

Meydana 64-cü dəqiqədə çıxan Ozan penaltilər seriyasında 11 metrlik zərbəni qaçıran yeganə futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button