Azərbaycan millisinin üzvü İngiltərə Liqa kubokunda qələbəyə sevindi

Futbol üzrə İngiltərə Liqa kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü
Serhat Taşdemir in formasını geyindiyi “Piterboro Yunayted” də növbəti matçına çıxıb. Sözügedən kollektiv bu dəfə doğma meydanda London “Arsenal”ının U-21 komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

“Piterboro Yunayted”in yer aldığı H qrupunda “Northempton”la “Kembric Yunayted” də qərarlaşıb. Futbolçumuzun komandası ilk turda “Northempton”u səfərdə 2:0 yenmişdi. Sözügedən kollektiv hazırda 6 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button