Azərbaycan yığmasının sabiq baş məşqçisinin yeni iş yeri bəlli oldu
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin işsiz günləri başa çatıb.
Komanda.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Xorvatiyanın “Rudeş” komandasına baş məşqçi təyin olunub.
Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Prosineçki ötən ilin yayından işsiz idi. Onun sonuncu iş yeri Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası olub. Prosineçki Serbiyann “Srvena Zvezda”, Türkiyənin “Kayserispor” və “Dənizlispor” klublarında da baş məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis Azərbaycan, həmçinin Bosniya və Herseqovina yığmalarını da çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin