
Azərbaycan millisinin rəqibi Finlandiya üzərində qələbəyə sevindi
Futbol üzrə Estoniya millisi bu gün yoldaşlıq oyunu keçirib.
Komanda.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan bu komanda Portuqaliyadakı təlim-məşq toplanışı çərçivəsində Finlandiya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma estoniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 84-cü dəqiqədə Martin Miller vurub.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə F qrupunda Estoniya ilə yanaşı, Belçika, Avstriya və İsveçlə də mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin