
Azərbaycan millisinin hücumçusu “Hatayspor”un bugünkü oyunu buraxacaq
Bu gün Türkiyə Super Liqasında 14-cü tura start veriləcək.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” öz meydanında “Antalyaspor”u qəbul edəcək.
Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.
Renat cəzalı durumda olduğundan bu oyunu buraxmalı olacaq.
“Hatayspor” 17 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin