
Azərbaycan millisinin heyətində dəyişiklik
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ”dən dəvət edilən Namiq Şamilov zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb.
Əvəzində Sənan Ağalarov (“Qəbələ”) toplanışa dəvət olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin