
Azərbaycan millisindən Latviya ilə növbəti heç-heçə
Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.
Komanda.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
Millimizin heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iyulun 14-də keçirilmiş ilk qarşılaşma da 1:1 hesabı ilə nəticələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin