Azərbaycan millisindən Moldova yığması ilə heç-heçə

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda beynəlxalq yoxlama oyunu çərçivəsində Moldovanın U-21 yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan matçı Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev və Kamran Əliyevdən ibarət yerli hakimlər idarə ediblər.

Qarşılaşma isə qolsuz yekunlaşıb – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button