Azərbaycan millisi Türkiyə yığmasına İstanbulda qalib gəldi

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Komanda.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-17 rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb.

Millimizin qollarını 81-ci dəqiqədə Ümid Səlimov və 89-cu dəqiqədə Emin Feyzullayev vurub.

Bu komandalar arasında növbəti oyun sentyabrın 12-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button