
Azərbaycan millisi Türkiyə yığmasına qalib gəldi
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının 1-ci qrupunda Türkiyə kollektivini qəbul edib.
Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.
Azərbaycan millisi bu qələbə sayəsində qrupda xallarının sayını 4-ə yüksəldib.
Komandamız mayın 31-də “ay-ulduzlar”a 0:1 hesabı ilə məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin