
Azərbaycan millisi son sınaq matçından qalib ayrıldı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün daha bir yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan millimiz “Qəbələ”nin U-19 komandası ilə qarşılaşıb.
Yığma komanda hazırlıq çərçivəsində sonuncu sınaq matçından 3:1 hesabı ilə qalib ayrılıb. U-17-nin qollarını Nahid Əliyev, Sənan Ağalarov və Rüfət Abbasov vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin