Millimiz son oyunda Türkiyə yığmasına qalib gəldi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına yekun vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün son oyununu keçirib.
Komanda.az xəbər verir ki, Türkiyə komandasına qarşı oyun 4:2 hesabı ilə millimizin xeyrinə nəticələnib.
Amid Nəzərovun dubl etdiyi oyunda komandamızın digər qollarını Fuad Hüseynov və İsa Zeynallı vurub.
Xatırladaq ki, bu komandalar arasında daha əvvəl keçirilmiş iki qarşılaşma müvafiq olaraq, 4:3 və 4:2 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin