Qurban Qurbanovun oğlu İspaniya klubuna 4 qol vurdu
İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, yığmamız İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Millimizin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.
Millimiz daha öncə İspaniyanın U-19 yığması ilə qarşılaşmada 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi. U-19 hazırlıq çərçivəsində sonuncu oyununu fevralın 17-də şotlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.
Yoxlama oyunu
14 fevral
Ranero (U-19) – Azərbaycan (U-19) 1:6
Azərbaycan: Nail Alışov, Rüstəm Nuriyev, Zahid Mərdanov (k), Zamiq Əliyev, Xəyal Muradov, İdris İnqilablı, İsmayıl Zülfüqarlı, Murad Mahmudov, Maksim Bayramov, Tural Bayramov, Musa Qurbanlı.
Ehtiyat oyunçular: Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Elnur İbrahimov, Vüsal Məsimov, Turan Vəlizadə, Şakir Seyidov, Kamran Quliyev, Elvin Cəfərquliyev, Əkbər Vəliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Bizi Facebook-da izləyin