Millimiz İslam Oyunlarına Türkiyədə hazırlaşacaq
Qadın güləşi üzrə millimiz bu gün Türkiyəyə yollanıb.
Komanda.az xəbər verir ki, yığmamız baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Niğdədə yerli komandayla birgə təlim-məşq toplanışı keçəcək.
Konyada təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyan TMT avqustun 8-dək davam edəcək.
Bu gün Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov komanda üzvləriylə görüşərək onlara məsul yarışda uğurlar arzulayıblar.
Heyətdə Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq), Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq) və Gözəl Zutova (72 kq) yer alıb.
Bizi Facebook-da izləyin