Azərbaycan millisi İnkişaf Turnirində ikinci oyununu da məğlub başa vurdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.

Komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də saat 17:00-da Qazaxıstan seçməsinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button