Millimiz Belçikaya da uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komandamız Bakıda Belçika yığması ilə üz-üzə gəlib.

GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıblar. Təşəbbüsü sonadək qoruyan rəqib komanda meydandan quru hesablı qələbə ilə ayrılıb. Beləliklə, yığmamız yarışdakı ikinci matçında 0:3 (17:25, 12:25, 19:25) hesabı ilə məğlub olub.

Millimiz AÇ-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparır. Yarışın formatına uyğun olaraq komandaların digər iki qarşılaşması 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button