Azərbaycan millisi A divizionundakı yerini qorudu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Fiqueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində son oyununu keçirib.
Komanda.az xəbər verir ki, komandamız A divizionunda qalmaq uğrunda keçirilən görüşdə Qazaxıstan yığması ilə qarşılaşıb. Elşad Manafov və Ramil Əliyevin vurduğu qollarla 2:1 hesablı qələbə qazanan millimiz A divizionundakı yerini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin