“Milliləşdirmə təklifi heç vaxt olmayıb” – Miçel
“Qarabağ”ın futbolçusu Miçel müsahibə verib.
Komanda.az xəbər verir ki, “Elcomercio” nəşrinə müsahibə verən ispan futbolçu, sabiq klubu Xixon “Sportinq”i haqqında danışıb:
“Sportinq” mənim ikinci evimdir, ora mənə çox şey qazandırıb. “Sportinq” istədiyim və hər zaman istəyəcəyim klubdur. Çox yerdə oynamışam, amma o mühitin istiliyi ilə başqa meydanda hərəkət etdiyimi xatırlamıram. 2017/18 mövsümündə “Real”ı məğlub etdik. Başıma gələn ən inanılmaz şeylər həmin mövsümdə oldu. “Sportinq”in yenidən əsas liqada çıxış etməsini istəyirəm”.
Futbolçu, Azərbaycandakı karyerasından və Azərbaycan millisindən təklif alıb-almaması haqqında danışıb:
“Artıq 5 ildir ki, burdayam və “Qarabağ”la daha bir illik müqaviləm var. İndi çempionatda liderik və yenidən Çempionlar Liqasında mübarizə aparmaq üçün çalışırıq.
Azərbaycan millisindən təklif almağa gəlincə, bu haqda oxudum, amma bu, yalandır. Milliləşdirmə təklifi heç vaxt olmayıb”.
Bizi Facebook-da izləyin