Millidən qovuldu – intim foto tələbinə görə
Hazırda Afrika Millətlər Kubokunda mübarizə aparan Misir yığmasında gözlənilməz ayrılıq yaşanıb.
Komanda.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Amr Varda millinin heyətindən kənarlaşdırılıb.
Buna 25 yaşlı futbolçunun sosial şəbəkə vasitəsilə bir qızla danışaraq ondan intim fotolarını göndərməsini tələb etməsi səbəb olub.
Hadisədən xəbər tutan Misir Futbol Federasiyasının rəhbərliyi, milli komandadakı intizam və konsentrasiyanı qorumaq naminə sözügedən futbolçunun heyətdən kənarlaşdırılmasına qərar verib.
Amr Varda müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olsa da, son iki mövsümdə icarə əsasında bu ölkənin digər təmsilçisi “Atromitos”da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin