Qalmaqal: Luis Enrikenin qayıdacağını eşitdi, mətbuat konfransına qatılmadı

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turu çərçivəsində Rumıniya yığmasına 5:0 hesabıyla qalib gələn İspaniya millisinin baş məşqçisi Robert Moreno oyundan sonra mətbuat konfransına qatılmayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 42 yaşlı mütəxəssisin tezliklə vəzifəsindən göndəriləcəyini öyrənməsidir. Paltardəyişmə otağında məsələdən xəbər tutan mütəxəssis, futbolçularla vidalaşaraq, stadionu tərk edib.

İspaniya mətbuatı Morenonun istefaya göndəriləcəyini, millinin keçmiş baş məşqçisi Luis Enrikenin yenidən yığmanın “sükanı arxasına” keçəcəyini bildirir.

İyunun 19-da ailə məsələlərinə görə millinin baş məşqçi postundan istefa verən Enrikeni Moreno əvəzləmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button