Millidən ardıcıl 5-ci qələbə, “Qarabağ”ın futbolçularından ilk qol

“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı Azərbaycan millisində ilk qollarını vurublar.

Komanda.az xəbər verir ki, hər iki oyunçu səfərdə Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matçında fərqlənib.

22 yaşlı müdafiəçi buna yığmadakı 8-ci, 20 yaşlı hücumçu isə 5-ci görüşündə nail olub. Cəfərquliyev 28-ci, Qurbanlı isə 65-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

“Qarabağ”ın digər futbolçusu Ramil Şeydayev də bu matçda fərqlənib. O, qarşılaşmada son nötqəni qoymaqla millidə 9-cu qolunu vurub və eyni sayda fərqlənmiş Emin Mahmudovla Vaqif Cavadova çatıb.

“Sabah”ın futbolçusu Ceyhun Nuriyev isə bu oyunda meydana çıxmaqla millimizdə debüt edib. 21 yaşlı yarımmüdafiəçi yığmada forma geyinən 261-ci futbolçu olub.

Şimali Makedoniya ilə oyun Azərbaycan millisi üçün də əlamətdar olub. Belə ki, komandamız meydan sahiblərini 3:1 hesabıyla məğlub etməklə ardıcıl 5-ci qələbəsini qazanıb.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 16-da Moldova ilə yoxlama matçında da 2:1 hesablı qələbə qazanmışdı. Daha öncə isə Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstan (3:0) üzərində qələbələr qeydə alınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button