“Millidə xoşuma gələn əsas şey matçı qazanmaqdır” – Mahir Emreli

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniya klubunun televiziyasına müsahibə verib.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu klubda və yığmada fərqlənməsi haqqında danışıb:

“Milli komandada qol vurmaq heyrətamizdir, amma qalib gəlmək daha vacibdir. Millidə xoşuma gələn əsas şey matçı qazanmaqdır. Çünki bizim o qədər də çox vaxtımız yoxdur. Bir mövsümdə oyunumuz da azdır. Bu səbəbdən, diqqətinizi yalnız qarşılaşmaya yönləndirirsiz və qalib gəlməyin lazım olduğunu bilirsiz. Kimin qol vuracağı isə vacib deyil. Ancaq oynadığın klubda hər şey fərqlidir. Sən hücumda çıxış edirsənsə, daha çox təzyiqdə olursan və fərqlənməyə ehtiyacının olduğunu düşünürsən. Burada fərqlənsən, eynisini milli komandada da göstərə bilərsən”.

Emreli 2-ci Bundesliqanın 9-cu turunda “Qroyter Fyurt”u 4:0 hesabı ilə məğlub etdikləri oyunda hesabı açıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button