Millidə seks skandalı: Baş məşqçi qovuldu
Qadın futbolçulardan ibarət Ekvador milli komandasının baş məşqçisi Luici Peskarolo postundan göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Peskarolonun qovulmasına səbəb, onun və iki köməkçisinin futbolçulara qarşı seksual təzyiqlər göstərməsi olub.
Bir neçə qadın futbolçu bir müddət əvvəl bu barədə federasiya rəhbərliyinə şikayət edib. Məsələ ilə bağlı araşdırmalar aparılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin