Modriç millidəki karyerası ilə bağlı qərar verib

Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç UEFA Millətlər Liqası və millidəki gələcək karyerası haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, milli karyerası ilə bağlı qərar verdiyini dilə gətirib:

“Milli komandaya nə vaxt dəvət alsam, orada oynamaqdan həzz alıram. Bu, məni çox xoşbəxt edir. Bacardığım qədər milli komandaya kömək edəcəyəm. Niderland millisi ilə keçiriləcək qarşılaşma çətin olacaq. Yüksək səviyyədə çıxış edən, doğma meydanda mübarizə aparan və güclü futbolçulardan təşkil edilən gənc komanda ilə qarşılaşacağıq. Yaxşı ki, azarkeşlərimiz bizi dəstəkləyəcək. Bu, bizi daha da motivasiyalı edəcək.

Hazırda bütün diqqətimi Millətlər Liqasına yönəltmişəm. Turnir bitdikdən sonra karyeram haqda danışa bilərəm. Millidəki karyeramla bağlı qərar vermişəm, amma hələlik bunu açıqlamaq fikrim yoxdur”.

Bu gün Millətlər Liqasında “Dördlər finalı” çərçivəsində Niderland – Xorvatiya matçı keçiriləcək. Oyun saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button