“Düzü, indi də Premyer Liqanın ən yaxşısı olduğumu düşünmürəm” – “Tottenhem”in futbolçusu
“Tottenhem”in və Cənubi Koreya millisinin futbolçusu Son Hın Min açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, karyerası barədə danışıb:
“Nə vaxtsa Premyer Liqanın ən yaxşıları arasında olacağımı düşünmürdüm. Düzü, indi də Premyer Liqanın ən yaxşısı olduğumu düşünmürəm. “Tottenhem” və milli üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Millidə və klubda oynamaq fərqli hisslərdir. Millidə bütün istedadımı ortaya qoymağa çalışıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin