“Millidə özümü rahat hiss edirəm” – Adı “Milan”la yanaşı hallanan məşqçi
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko “Milan”a mümkün keçiddən danışıb.
Komanda.az “belgiumsoccer.be”-yə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Belçika millisi ilə müqaviləni uzatdığını xatırladıb:
“Belçika millisi ilə müqaviləmin müddətini uzatdım, bu, hamıya açıq siqnal idi. Komandada özümü rahat hiss edirəm. Ona görə də, başqa heç nə düşünmürəm. Futbolda hər zaman söz-söhbətlər olacaq, lakin onlar mənə heç vaxt təsir etməyəcək”.
Tedesko ötən ilin fevralında Belçika millisinin baş məşqçisi postuna keçib. Komanda onun rəhbərliyi altında yayda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin