“Millidə keçirdiyim ən pis matçlardan biri idi” – İsveçli futbolçu

İsveç millisinin yarımmüdafiəçisi Emil Forsberq Azərbaycan yığmasına 0:3 hesabı ilə məğlub olduqları AÇ-2024-ün seçmə mərhələsinin oyunu barədə danışıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu görüşü zəif keçirdiklərini etiraf edib:

“Erkən qollar buraxaraq Azərbaycanın işini asanlaşdırdıq. 6-cı dəqiqədə 0:2 hesabı ilə geri düşərək, özümüzü pis vəziyyətdə qoyduq. Həmin anlarda rəqibə təzyiq etmədik. Bu nəticə böyük məyusluq yaratdı. Kifayət qədər yaxşı deyildik. Hətta fasilədə vəziyyəti kökündən dəyişəcəyimizə söz verdik. Lakin Azərbaycan millisinə təzyiq göstərə bilmədik. Millidə keçirdiyim ən pis matçlardan biri idi. Çünki çox sadə oynadıq”.

F qrupunda yer alan İsveç və Azərbaycan milliləri hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Seçmə mərhələnin son turunda yığmamız Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki matç noyabrın 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button