Millidə baş məşqçi istefası
Çin millisinin baş məşqçisi Fabio Kannavaro istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis “instagram” hesabından məlumat yayıb. Milli ilə yanaşı, “Quançjou Everqrand” klubunda baş məşqçilik edən Kannavaro, yığmadakı vəzifəsindən istefa verdiyini açıqlayıb.
2017-ci ildən “Quançjou Everqrand”ı çalışdıran Kannavaro, 2019-cu ilin martında müvəqqəti olaraq Çin millisində baş məşqçi postuna təyin edilmişdi. Yığma onun rəhbərliyi altında iki yoxlama görüşü keçirib. Özbəkistan və Tayland milliləri ilə qarşılaşan Çin yığması hər iki matçda məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin