Ronaldo millidən xəbərdarlıq etmədən ayrılacaq

“Əl-Nəsr”in hücumçusu və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmadakı karyerasını necə bitirməyi planlaşdırdığından danışıb.

Komanda.az NOW telekanalına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu verəcəyi qərarın ani olacağını söyləyib:

“Bu qərar həm kortəbii, həm də düşünülmüş olacaq, lakin bu barədə əvvəlcədən heç kimin xəbəri olmayacaq. Milli komandanın rənglərini təmsil etməkdən hədsiz qürur duyuram. Bu, gerçəkləşən bir arzudur! Ona görə də, Portuqaliya millisindən ayrılmaq qərarına gələndə heç kimə əvvəlcədən xəbərdarlıq etməyəcəm. Bu, mənim tərəfimdən çox kortəbii, həm də, çox düşünülmüş qərar olacaq”.

Bundan əvvəl Ronaldonun “Əl-Nəsr”dəki maliyyə durumundan narazı olduğu məlum olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button