“Millidə qol vurmağı hamıdan çox özüm istəyirəm”
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Slovakiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra bunları söyləyib:
“Hücumda çoxalmaq lazım idi. Bu yöndə problem yaşayırıq. Əvvəlki oyunlara baxanda qapıya çox zərbələr endirdiyimizi görə bilərik. Əvvəlki iki oyunda təxminən qapıya 30 zərbə endirmişdik. Artıq hücumameyilli oyun sərgilədiyimizi demək olar. Ümid edirəm ki, sonuncu görüşdə qələbə qazanacağıq və qol hesabını açacağıq”.
Emreli yığmada qol vura bilməməsi barədə də danışıb: “Tənqidlərə normal yanaşıram. Uzun müddət yığmada qol vurmayanda insanlarda belə fikir formalaşması normaldır. Amma çox vurmağı hamıdan çox özüm istəyirəm. Bunun üçün də çalışıram. Xarici klubda oynamaq gözəl hissdir. Amma heç bir hiss doğma vətənin üçün oynamaqdan üstün deyil. Bu söhbətlərə son qiymət niyyətindəyəm. Ümid edirəm ki, növbəti görüşdə fərqlənə biləcəyəcəm”.
Bizi Facebook-da izləyin