Milli üzvünü satır – “Qarabağ”ın rəqibi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix” (İsveçrə) futbolçusu Vilfred Qnonto ilə vidalaşmaq istəyir.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Sürix klubu 19 yaşlı hücumçunun transferi üçün alacağı pulun məbləğini 15 milyon avrodan 10 milyon avroya endirib.

“Sürix” Qnontonu satmaqla maliyyə durumunu yaxşılaşdırmaq istəyir. İtaliya millisinin üzvü ilə Almaniyanın “Hoffenhaym” və Niderlandın “Feyenoord” klubları maraqlanır.

İyulun 27-də keçiriləcək “Sürix” – “Qarabağ” matçı saat 21:00-da start götürəcək. İlk oyunda “köhlən atlar” 3:2 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button