Milli üzvündə şəkərli diabet aşkarlandı

Futbol üzrə Danimarka yığmasının və Fransanın “Nitsa” klubunun hücumçusu Kasper Dolberqdə şəkərli diabet xəstəliyi aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə 24 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb:

“Əziz azarkeşlər, bu həftə tibbi müayinələr nəticəsində məndə 1-ci tip şəkərli diabet aşkarlandı. Əlbəttə, bu, mənim üçün sürpriz oldu. Amma həm də son iki həftədə özümü niyə pis hiss etdiyimi öyrənməyimə çox şad oldum”.

Dolberq 2019-cu ildən “Nitsa”da çıxış edir. Gənc forvard Danimarka yığmasında keçirdiyi 32 oyunda 10 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button