Milli üzvü Türkiyə klubunda debüt etdi
Azərbaycanlı futbolçu Sertan Taşkın “Manisa”da debüt edib.
Komanda.az xəbər verir ki, o, Türkiyə 1-ci liqasında 18-ci turun “Kocaelispor”la ev oyununun iştirakçısı olub.
O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Görüş “Manisa”nın 2:1 hesablı qələbəsiylə başa çatıb.
“Manisa” hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin