Milli üzvü qəzada öldü – 25 yaşında

Futbol üzrə CAR yığmasının müdafiəçisi Motjeka Madişa avtomobil qəzasında dünyasını dəyişib.

Komanda.az xəbər verir ki, sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Mamelodi Sandaunz” klubunun formasını geyinən 25 yaşlı futbolçu şənbə günü Yohannesburq yaxınlığında avtomobili ilə qəzaya uğrayıb. Hadisə sözügedən klubun 50 illik yubileyinə həsr olunmuş tədbirdən sonra baş verib.

Madişa CAR yığmasında keçirdiyi 13 oyunda 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button