Milli üzvü oynadı, komandası ilk qələbəsini qazandı

Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Sautend”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb – 2:0.

Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

“Piterboro Yunayted” 4 turdan sonra 4 xalla 24 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button