Milli üzvü İtaliyada klubunu dəyişdi

İtaliyanın SPAL klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər təmsilçisi “Atalanta”nın qapıçısı Etrit Berişanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı albaniyalı qolkiper 1 illik icarəyə götürülüb.

Berişa peşəkar karyerasına İsveçin “Kalmar” klubunda başlayıb. 2013-cü ildə o, bu klubdan İtaliya “Latsio”suna transfer olunub. 2016-cı ildən isə “Atalanta”da forma geyinir. Təcrübəli qapıçı Albaniya millisində 48 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button