Milli üzvü ilə müqavilə yenilənir
“Everton” qapıçısı Cordan Pikfordla müqaviləni yeniləməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni sözləşmə ilə bağlı razılığa gəliblər.
Onun klubla cari sözləşməsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Pikford 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edir. O, “Everton”da 222 matça çıxıb, 319 qol buraxıb.
28 yaşlı futbolçu 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 22 oyuna çıxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin