Milli üzvü ilə yeni müqavilə
“Torino” futbolçusu Samuele Riççi ilə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi İtaliya millisinin üzvü ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Riççi Avropanın bir çox nəhəng klubunun transfer siyahısındadır. O, bu mövsüm meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub və 1 qol ötürməsi edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin