Milli üzvü Bundesliqada klub dəyişdi

Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Auqsburq”dan Ji Donq Vonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Auqsburq”la mövsümün sonuna qədər müqaviləsi olan 27 yaşlı hücumçu, yeni klubuna azad agent kimi keçəcək.

Növbəti mövsümdən “Maynts”da çıxış edəcək Vonla 2022-ci ilə qədər razılıq əldə olunub.

Cari mövsümdə Bundesliqada 13 qarşılaşmada iştirak edən hücumçu, 4 qol vurub. Von, həm də Cənubi Koreya millisinin üzvüdür. Yığmada 54 oyuna çıxan futbolçu, 10 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button