Milli üzvü “Ayaks”a keçir – Razılıq əldə olunub
“Ştutqart”ın müdafiəçisi Hiroki İto karyerasını “Ayaks”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər beş illik müqavilə imzalamaqla bağlı artıq razılığa gəliblər. Futbolçunun özü də Niderland klubuna keçmək istəyir.
“Ayaks” yaponiyalı futbolçu üçün Almaniya klubuna 15 milyon avro təklif etsə də, onlar təklifi geri çevirib.
İto DÇ-2022-də Yaponiya millisinin heyətində çıxış edib. O, 2021-ci ildən “Ştutqart”ın formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin