Milli üzvü A Seriyasında klubunu dəyişdi
İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sampdoriya”nın yarımmüdafiəçisi Karol Linettini heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı polşalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Polşanın “Lex” klubunun yetirməsi olan Linetti, 2016-cı ildən “Sampdoriya”nın uğurları üçün çalışırdı. O, 2014-cü ildən Polşa millisinin də şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin