Milli üzvləri Belarus üzərində qələbədən danışdılar

Futbol üzrə Azərbaycan millisinin üzvləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Belarus yığmasına qarşı keçirdikləri oyunu şərh ediblər.

Komanda.az xəbər verir ki, onlar 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyiblər:

Azər Salahlı: “Yaxşı oyun və yaxşı qələbə oldu. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Digər matçlarda da yaxşı oynamışdıq. Sadəcə, imkanlardan istifadə edə bilməmişdik. Bu dəfə isə 3 xal qazandıq. Bütün oyunlarımız çətin keçir. Epizodları dəyərləndirə bilsəydik, daha asan olardı. Bu gün meydana son oyunumuz kimi çıxdıq. Sevindirici haldır ki, sonda qələbə qazandıq. Əsas olan tilsimi qırmaq idi. Qarşdakı matçlarda da qalib gəlmək istəyirik”.

Emin Mahmudov: “Çətin qələbə oldu. Rəqib yaxşı müdafiə olunurdu. Hücuma keçməkdə çətinlik çəkirdik. Önəmli olan qalib gəlmək idi. Uzun müddət idi ki, qələbə qazanmırdıq. Bu baxımdan üzərimizdə psixoloji təzyiq var idi. Komandada yorğunluq hiss ounurdu. 10 günə 4 oyun çətindir. Bu gün daha çox yoruldum. Qələbə qazandıq. Yorulsam da, heç nə olmaz”.

Cəlal Hüseynov: “Ağır oyun alındı. Belarusla ilk matçımız da çətin keçmişdi. Meydana qələbə üçün çıxmışdıq. Fasilədə öz aramızda danışdıq və ikinci hissədə qollar vuraraq qalib gəldik. Hər bir azərbaycanlı futbolçu kimi mənim də əsas hədəfim millidə çıxış etmək idi. Arzumu reallaşdırdım. Buna görə Canni De Byaziyə təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button