“Milliyə qayıtmaq üçün mümkün olan hər şeyi edəcəm” – Noyer
“Bayern”in qapıçısı Manuel Noyer Almaniya millisinin əsas heyətinə qayıtmaq istəyindən danışıb.
Komanda.az “ITA Sport Press”-ə istinadən xəbər verir ki, o, baş məşqçi Yulian Nagelsmannla bu mövzuda danışdığını söyləyib:
“Mən Nagelsmannla əlaqə saxlamışam. Danışdıq və ortaq qərara gəldik. İndi məni dəvət edə bilmir, amma irəliləyiş görəcəyinə ümid edir. Milli komandaya qayıtmaq üçün mümkün olan hər şeyi edəcəm”.
37 yaşlı qolkiper uzun illər Almaniya millisinin əsas qapıçısı olub. Noyer 2009-cu ildə millidə debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin