Milli komandaya dəvət almayacaq
Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik hücumçu Tomas Müllerin yığmadakı gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis forvardın qarşıdakı oyunlar üçün heyətə çağırılmayacağını deyib:
“Tomasla danışdıq. O, bu ay olan oyunlara çağırılmayacaq. Amma bu, o demək deyil ki, Müllerin milli karyerası yekunlaşıb. Onunla danışmışıq və vəziyyəti bilir.
Tomas əla oyunçudur. Nə üçün belə birinə qapıları bağlayım? “Bayern”dəki çıxışı göz qabağındadır və onun adına xoşbəxtəm”.
33 yaşlı hücumçu bu mövsüm Bundesliqada 17 oyunda 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin