Neymar: “Bu, mənim üçün son dünya çempionatı olacaq”

Neymar 2026-cı il dünya çempionatında oynamaq istədiyini bildirib.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu növbəti dünya çempionatında oynamağa çalışacağını söyləyib:

“Komandamıza və ora çağırılan futbolçulara inanıram. Braziliyanın gənc komandası var. Növbəti dünya çempionatında oynamağa çalışacam, orada olmaq istəyirəm. Milli komandaya düşmək üçün əlimdən gələni edəcəm. Başa düşürəm ki, bu, mənim üçün son dünya çempionatı olacaq. Ona görə də, son şansımdır”.

32 yaşlı Neymar Braziliya millisində ilk oyununu 2010-cu ilin avqustunda keçirib və bu müddət ərzində yığmada 128 matçda meydanda olub, 79 qol vurub. O, hazırda “Əl-Hilal”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button