Milli komandanın oksigen hiyləsi

Boliviya millisi 2026-cı il dünya çempionatına vəsiqə ilə bağlı tapşırığı sadələşdirmək üçün bir yol tapıb.

Komanda.az “El Pais”-ə istinadən xəbər verir ki, boliviyalılar seçmə mərhələ oyunlarını 4150 metr hündürlükdə yerləşən stadionda keçirməyi planlaşdırırlar. Boliviya millisi bu addımı ilə rəqibləri üzərində ciddi üstünlük əldə etmək istəyir.

Məsələ burasındadır ki, belə yüksəklikdə bu cür şəraitə uyğunlaşmayan insanlarda oksigen çatışmazlığından yüksəklik xəstəliyinin əlamətləri – başgicəllənmə, ürəkbulanma və sair özünü göstərə bilər. Bəzi hallarda insanların oksigen balonuna ehtiyacı ola bilər və ya hətta, daha aşağı hündürlüyə evakuasiya edilməli olurlar.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button