Milli komandanın məşqçilərinin maaşı azaldıldı

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhranı nəzərə alan İsveç Futbol Federasiyası sərt qərarlar qəbul edib.

Komanda.az xəbər verir ki, federasiya rəsmi saytı vasitəsilə bütövlükdə 90 əməkdaşının iş saatının və maaşının azaldıldığını açıqlayıb.

Buraya İsveç milli komandasının baş məşqçisi Yanne Anderson və köməkçiləri, həmçinin qadınlardan ibarət yığmanı çalışdıran Peter Gerhardsson da daxildi.

Qısaldılmış iş günü rejimi aprelin 14-dən tətbiq olunmağa başlayacaq və mayın 31-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button