Milli komandanın keçmiş futbolçusu reanimasiyaya yerləşdirildi

Belarus millisinin və Rusiyanın “Krılya Sovetov” klubunun keçmiş futbolçusu Denis Kovba koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

Komanda.az xəbər verir ki, bu barədə 42 yaşlı keçmiş yarımmüdafiəçinin həyat yoldaşı Nadejda Kovba paylaşım edib.

O, həyat yoldaşının vəziyyətinin ağır olduğunu yazıb və izləyicilərindən onun üçün dua etmələrini istəyib.

Denis Kovba “Krılya Sovetov”dan başqa, ölkəsinin “Lokomotiv” (Vitebsk), Ukraynanın “Zvezda” və “Aleksandriya”, Çexiyanın “Sparta” (Praqa), Rusiyanın “Ximki” klublarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button